“Qala Sığorta” ASC-nin baş ofisində Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.
Demokrat.az xəbər verir ki, aksiyada şirkətin əməkdaşları fəal iştirak edərək talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə qan veriblər.

Şirkətdən bildirilib ki, bu təşəbbüs sosial məsuliyyət prinsiplərinə uyğun olaraq insan həyatının qorunmasına və ehtiyacı olan insanlara yardım göstərilməsinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, “Qala Sığorta” gələcəkdə də bu kimi sosial layihələrdə iştirakını davam etdirməyi planlaşdırır.

Demokrat.az


