ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə birbaşa görüş keçirə biləcəyini istisna etmir. Ağ Ev rəhbəri tərəflər arasında müəyyən dialoqun artıq mövcud olduğunu bəyan edib.
Demokrat.az xəbər verir ki, Donald Tramp ABŞ mətbuatına müsahibəsində Müctəba Xameneinin İran-ABŞ danışıqlarında şəxsən iştirak etdiyini bildirib. Prosesi qiymətləndirən Prezident hazırda Tehranla kifayət qədər yaxşı anlaşdıqlarını vurğulayıb:
"Onun danışıqlara icazə verdiyini deyirlər. Atasından sonra hakimiyyətə gəlməsi varislik xarakteri daşısa da, biz elə bil ki, kifayət qədər yaxşı anlaşırıq".
Görüş ehtimalı barədə suala cavab verən ABŞ rəhbəri Müctəba Xamenei də daxil olmaqla hər kəslə masa arxasına əyləşməyə hazır olduğunu deyib. O, hadisələrin gedişatından asılı olaraq yaxın gələcəkdə rəsmi Tehranla belə bir görüşün baş tuta biləcəyini qeyd edib.
Tramp ölkənin təhlükəsizliyi naminə ABŞ-ın rəqibləri ilə qeyri-ənənəvi şəkildə, birbaşa diplomatik təmaslar qurmağı dəstəklədiyini və bu addımın müsbət nəticələr verəcəyinə inandığını əlavə edib.
Demokrat.az


