Düzgün seçilmiş ara yeməklər sağlam qan təzyiqinin saxlanmasına kömək edə bilər. Buna görə diyetoloqlar ürək sağlamlığı üçün ən yaxşı qidaları və onların niyə təsirli olduğunu izah ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə “Verywell Health” yazır.
Kəsmik, portağal və qoz-fındıq
Diyetoloq Loren Manakerin sözlərinə görə, ən faydalı ara yeməklərdən biri az duzlu kəsmik, portağal və fıstıq birləşməsidir. Portağallar kaliumla zəngindir və bu, orqanizmdə natrium balansını tənzimləyir. Kəsmik kalsium mənbəyidir və qan təzyiqinin tənzimlənməsində rol oynayır. Fıstıq isə kalium, maqnezium və sağlam yağlarla zəngindir, damar sağlamlığını dəstəkləyir.
Onun sözlərinə görə, bu qarışıq C vitamini, zülal və antioksidantlarla zəngindir. Hazırlanması da sadədir: kəsmiyi portağal dilimləri ilə qat-qat düzün və üzərinə fıstıq səpin.
Bananlı “dondurma”
Diyetoloq Recina Vindsor bildirir ki, bananlar ailəsində əsas ara yeməklərdən biridir. Bir bananda təxminən 34 mq maqnezium və 451 mq kalium var ki, bu maddələr qan təzyiqinin tənzimlənməsinə kömək edir. Bananda həmçinin lif və faydalı bitki birləşmələri də var.
İsti havalarda “banan dondurması” hazırlanır: dondurulmuş bananlar və çia toxumu qarışdırılaraq kremvari konsistensiya əldə edilir. İstəyə görə kakao, bal və darçın əlavə oluna bilər.
Hava ilə hazırlanan popkorn
Diyetoloq Sandra Arevalo bildirir ki, burada söhbət kino və mağaza popkornundan yox, evdə hazırlanandan gedir. Qarğıdalı dənələri liflə zəngindir və uzunmüddətli toxluq hissi yaradır, xolesterini azalda bilər.
Evdə hazırlananda duz miqdarına nəzarət etmək mümkündür. Zeytun yağı, ədviyyatlar, parmesan və ya darçın əlavə etmək olar.
Yunan yoqurtu, giləmeyvə və qoz
Diyetoloq Elliison Herris qeyd edir ki, yunan yoqurtu giləmeyvə və qoz ilə birlikdə qan təzyiqini tənzimləməyə kömək edən ideal ara yeməkdir. Giləmeyvələr antioksidantlarla, qoz isə omeqa-3 yağ turşuları ilə zəngindir.
O əlavə edir ki, yoqurt müxtəlif əlavələrlə (banan, tünd şokolad, darçın və s.) fərqli dadlara çevrilə bilər.
Jalə Demokrat.az


