Bədəndə yaranan yeni xallar və ya mövcud xalların formasını dəyişməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Demokrat.az xəbər verir ki, tibb elmləri namizədi Dmitri Bulanov bu barədə mühüm xəbərdarlıqlar edib.
Mütəxəssis bildirib ki, yetkin yaşlı insanlarda yeni xalların yaranması əlavə diqqət tələb edir. Xüsusilə asimmetrik forma alan, kənarları kələ-kötürləşən və rəngi qeyri-bərabər olan xallar melanoma riski daşıya bilər. Əgər xalın üzərində qara, boz, qırmızımtıl və ya göyümtül ləkələr yaranırsa, mütləq həkimə müraciət edilməlidir.
Həkim xalları yoxlamaq üçün "ABCDE" qaydasını tövsiyə edir:
A (asimmetriya): Xalın bir yarısı digərinə bənzəmir. B (qeyri-bərabər kənar): Kənarların kələ-kötür və ya dumanlı olması. C (rəng): Bir xalda bir neçə müxtəlif rəng çalarının olması. D (diametr): Ölçüsü 6 millimetrdən böyük olan xallar. E (təkamül): Xalın zamanla böyüməsi, rənginin və ya səthinin dəyişməsi.Dmitri Bulanov qeyd edib ki, erkən mərhələdə olan melanomalar adətən ağrı vermir. Buna görə də xalın qanaması, qaşınması, qabıq verməsi və ya bərkiməsi gözlənilmədən müayinə olunmalıdır. Həmçinin günəş yanığı və solyari dəridə DNT zədələnmələrinə yol açaraq risk yaradır. Xüsusilə 30-40 yaşdan sonra yaranan yeni xallar və ya dırnaq altındakı piqmentasiyalar ciddi nəzarətdə saxlanılmalıdır.
İsmayıl Demokrat.az


