ABŞ-nin Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın Küveytə ballistik raket atması ilə bağlı xəbər yayıb.
Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, məlumat komandanlığa məxsus "X" sosial şəbəkəsində paylaşılıb.
Bildirilib ki, mayın 27-də yerli vaxtla saat 22:17-də İran tərəfindən Küveyt istiqamətinə raket göndərilib. Lakin Küveyt hava hücumundan müdafiə qüvvələri onu havada ikən vurublar. Bununla yanaşı, İranın digər istiqamətdən də atəşkəsi pozduğu və 5 dronla hücuma keçdiyi qeyd edilib. Həmin uçuş aparatları ABŞ-nin ərazidəki qüvvələri tərəfindən məhv olunub.
Demokrat.az


