Kolumbiyalı müğənni Şakira İspaniyada vergi fırıldağı işi üzrə bəraət qazanıb.
İspaniya Ali Məhkəməsi kolumbiyalı müğənni Şakira barəsində vergi fırıldağı işi üzrə bəraət hökmü çıxarıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məhkəmə sənədinə istinadən məlumat yayıb.
Məhkəmə ulduzu təqsirsiz bilib və İspaniya Maliyyə Nazirliyinə ona əvvəllər ödənilmiş 69,8 milyon dollardan çox məbləğin, o cümlədən cərimələrin və faizlərin geri qaytarılmasını tapşırıb.
Müğənni 2012–2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro vergi ödəməkdən yayınmaqda ittiham olunurdu.
2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiraya 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb etmişdi. İfaçı isə bütün vergi öhdəliklərini yerinə yetirdiyini bildirərək ittihamları rədd edirdi.
2023-cü ildə məlum olmuşdu ki, Şakira məhkəmə ilə razılaşma əldə edərək 15 milyon dollar ödəməklə həbsdən yayınmışdı.
Jalə Demokrat.az


