Dünya

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı — VİDEO

Berlində Pəhləvinin üzərinə qırmızı maye atıldı — VİDEO

Sürgündə yaşayan İranın keçmiş vəliəhdi Rza Pəhləvi Almaniyanın Berlin şəhərində keçirdiyi mətbuat konfransından sonra insidentlə üzləşib.

AP agentliyinin yaydığı məlumata görə, Pəhləvi tədbirdən sonra binanı tərk edərkən naməlum şəxs ona qırmızı maye atıb.

Hadisədən dərhal sonra o, tərəfdarlarına əl edərək avtomobilə minib və ərazidən uzaqlaşıb.

İnsidenti törətdiyi ehtimal olunan şəxs hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə saxlanılıb.

Qeyd edək ki, Rza Pəhləvi təxminən 50 ildir sürgündə yaşayır. Buna baxmayaraq, o, İranın gələcəyində mühüm siyasi fiqur kimi çıxış etməyə çalışır.

Xatırladaq ki, o, bundan əvvəl keçirilən mətbuat konfransında ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasını tənqid etmişdi.

Demokrat.az

NE
Nihadə Eyyubova