Dünya

Aİ İrana qarşı sanksiyaların genişləndirilməsinə razılıq verib

Aİ İrana qarşı sanksiyaların genişləndirilməsinə razılıq verib

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının blokadasına görə məsuliyyət daşıyan şəxslərin sanksiya siyahısına daxil edilməsi ilə İrana qarşı məhdudiyyətlərin genişləndirilməsini razılaşdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Onun sözlərinə görə, Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdə, o cümlədən Qırmızı dənizdə gəmi təhlükəsizliyini təmin edən hərbi-dəniz missiyasının gücləndirilməsi məsələsi də müzakirə olunub.

Demokrat.az

NE
Nihadə Eyyubova