Dünya

"Atəşkəs dövrü ABŞ üçün hərbi potensialın gücləndirilməsi baxımından faydalı oldu" — Tramp

Atəşkəs dövrü ABŞ üçün hərbi potensialın gücləndirilməsi baxımından faydalı oldu — Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla münaqişə fonunda yaranan müvəqqəti sakitlikdən istifadə edərək silah ehtiyatlarını artırdığını bildirib.

Demokrat.az CNBC-yə verdiyi müsahibədə Tramp qeyd edib ki, atəşkəs dövrü ABŞ üçün hərbi potensialın gücləndirilməsi baxımından faydalı olub. Onun sözlərinə görə, hazırda ABŞ ordusu bir neçə həftə əvvəllə müqayisədə daha güclü vəziyyətdədir: “Bizim böyük həcmdə silah-sursatımız var. Hazırda dörd-beş həftə əvvələ nisbətən daha güclüyük. Bu müddətdən ehtiyatlarımızı bərpa etmək üçün istifadə etdik,” – deyə o bildirib.

Tramp həmçinin ABŞ-nin regiondakı hərbi mövcudluğunun əvvəlki dövrlə müqayisədə daha yüksək olduğunu vurğulayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova