Kriminal

Həmin sürücü həbs edildi

Həmin sürücü həbs edildi

Bakıda təcili tibbi yardım avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində qərar verilib. Sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücünün əməli məhkəmə müstəvisində hüquqi qiymətini alıb.

Demokrat.az xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində sürücü Mehman Əliyevin barəsində tərtib olunmuş protokola baxılıb. Məhkəmənin qərarı ilə M.Əliyev 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sürücü xidməti vəzifəsini yerinə yetirərkən spirtli içki qəbul edib və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb. Onun saxlanılması və barəsində dərhal tədbir görülməsi ictimai təhlükəsizlik baxımından mühüm addım kimi qiymətləndirilir.(oxu.az)

Demokrat.az

NE
Nihadə Eyyubova