Sağlamlıq Özəl

Limon iyləmək stresi azaldırmış

Limon iyləmək stresi azaldırmış

Çjetsian Universitetinin alimləri sitrus qoxularının insan beyninə və sinir sisteminə müsbət təsirlərini sübut ediblər. "Food Quality and Safety" jurnalında dərc olunan araşdırmaya görə bu ətirlər beyində emosional tənzimləmə ilə bağlı nahiyələrdə alfa və delta dalğalarının aktivliyini artırır.

Ekspert qrupu müxtəlif növ portağal və qreypfrut yağlarının təsirini maqnit-rezonans tomoqrafiyası vasitəsilə sınaqdan keçirib. Tədqiqat zamanı məlum olub ki sitrus ətirlərini qoxlayan şəxslərdə dərinin keçiriciliyi azalır və ürək ritmi dincəlmə vəziyyətinə keçir. Bu isə bədənin birbaşa stressdən uzaqlaşaraq rahatlaması deməkdir.

Yağların tərkibindəki 60-dan çox maddəni təhlil edən mütəxəssislər d-limonen və linalool kimi dörd əsas birləşmənin gərginliyi azaltdığını müəyyən ediblər. Alimlərin fikrincə qoxulara verilən emosional reaksiyalar çox vaxt şüuraltı baş verir. Bu tapıntılar gələcəkdə qida sənayesində və ictimai məkanlarda insanların əhvalını yaxşılaşdırmaq üçün yeni imkanlar yaradır. Sitrus qoxuları artıq sadəcə xoş ətir deyil həm də stresslə mübarizə vasitəsi kimi dəyərləndirilir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova