İran tərəfindən atılan və Türkiyənin hava məkanına yönələn dördüncü raket də zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İrandan atılan növbəti ballistik sursat hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə çatmadan məhv edilib.
Hadisə Aralıq dənizinin şərq hissəsində baş verib. NATO-nun bölgədəki hava və raketdən müdafiə qüvvələri ölkə sərhədlərini keçən təhlükənin qarşısını vaxtında alıb.
İranın bu hadisələrdə rolunu inkar etməsi fonunda Türkiyə tərəfi hərbi texniki vasitələrlə raketlərin trayektoriyasını və çıxış nöqtəsini tam müəyyən etdiyini bildirir.
Qeyd edək ki, bu, son günlər ərzində İran istiqamətindən Türkiyəyə yönələn sayca dördüncü raket cəhdidir.
Demokrat.az


