Bakıda hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Demokrat.az xəbər verir ki,paytaxtda müşahidə olunan yağışlı hava səbəbindən Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saatadək endirilib.
Məlumat Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən verilib. Bildirilib ki, bununla bağlı elektron məlumat-sürət tablolarında dəyişiklik edilib və bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq işarəsi yerləşdirilib.
Qurum sürücülərə müəyyən olunan sürət həddinə riayət etməyi tövsiyə edir.
Demokrat.az


