Dünya

KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" kompleksləri göndərib

KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə Patriot kompleksləri göndərib

ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" zenit-raket kompleksiləri göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ABŞ-nin Osan hərbi bazasında 127 tona qədər yük daşıya bilən "C-5 Super Galaxy" strateji hərbi-nəqliyyat təyyarəsi müşahidə olunub.

Belə təyyarələrlə adətən "Patriot" zenit-raket sistemlərinin buraxılış qurğuları və ya THAAD hava hücumundan müdafiə sisteminin elementləri daşınır.

Demokrat.az

NE
Nihadə Eyyubova