Əməkdar artist Aqşin Abdullayev canlı efirdə ailə həyatı və yaradıcılığı ilə bağlı gözlənilməz etiraflar edib. Sənətçi bildirib ki, ailə qurarkən həyat yoldaşına verdiyi vədə illərdir sadiq qalır.
Demokrat.az xəbər verir ki, "Mən həyat yoldaşıma söz vermişdim ki, heç kimlə duet oxumayacağam. Onun bir şərti var idi ki, duet olmasın. Mən də onu çox istədiyimə görə bunu qəbul etdim", — deyə müğənni vurğulayıb.
Abdullayevin sözlərinə görə, duetlərin məzmunu ifaçılar arasında xüsusi bir yaxınlıq tələb edir və bu, ailəli bir şəxs üçün narahatlıq doğura bilər: "Deyir ki, duet oxuyursansa, əldən də tutmalısan, onu yaşamalısan ki, tamaşaçıya çatdıra biləsən. Ona görə də duet məsələsini qəbul etmir".
Müğənni qeyd edib ki, o zaman ailə münasibətlərini qorumaq üçün bu şərtlə razılaşıb. Lakin gələcəkdə vəziyyətin dəyişə biləcəyinə işarə vurub: "O zaman ailə qurmaq üçün razılaşdım. Amma indi razılıq olsa, bəlkə də duet oxuya bilərəm".
Sənətçinin bu açıqlaması izləyicilər arasında müzakirələrə yol açıb. Bəziləri müğənninin ailə dəyərlərinə verdiyi önəmi təqdir etsə də, digərləri yaradıcılıqda bu cür məhdudiyyətlərin olmasını fərqli qarşılayıb. (milli.az)
Demokrat.az


