Avto Özəl

Minlərlə E39 və X5-lər geri çağırılır

Minlərlə E39 və X5-lər geri çağırılır

BMW köhnə modelləri üçün geri çağırma elan edib.

Demokrat.az xəbər verir ki,Avropa İttifaqının "Safety Gate" sistemi BMW-nin 1998-2003-cü illərdə istehsal etdiyi 5 Seriyası (E39) və X5 (E53) modellərindəki Takata hava yastıqlarında təhlükə olduğunu açıqlayıb.

Məlumata görə, hava yastıqlarının şişiricilərindəki kimyəvi maddələr zamanla keyfiyyətini dəyişəbilər. Xüsusilə isti və rütubətli iqlimlərdə bu, qəzada hava yastığının partlayaraq ciddi və ölümcül xəsarət riskini artırır.

Riskli hava yastıqları Fransa, Almaniya və Xorvatiyada da aşkarlanıb. BMW məsələ ilə bağlı rəsmi geri çağırma proqramı başladıb.

Qeyd edək ki, Takata hava yastıqları əvvəllər də dünya üzrə milyonlarla avtomobilin geri çağırılmasına səbəb olmuşdu.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova