Tehranda İran rəhbərinin iqamətgahına silahlı hücum edildiyi iddia olunur. İran Xalq Mücahidləri Təşkilatı fevralın 23-də baş tutan hadisədə 250 üzvünün iştirak etdiyini bildirib. Təşkilatın yaydığı məlumata görə Əli Xameneinin iqamətgahı hədəf alınıb.
Qarşıdurmanın bir neçə saat davam etdiyi qeyd edilir. İddia olunur ki, hadisə zamanı təşkilatın 100 üzvü həyatını itirib. Hücumun konkret hansı məqsədlə törədildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
İranın rəsmi dövlət qurumları və yerli media orqanları mövzu ilə bağlı sükutu qoruyur. Hadisənin baş verdiyi iddia edilən ərazi Prezident Administrasiyası və digər mühüm dövlət binalarının yerləşdiyi yüksək mühafizə olunan bölgədir. Dünən həmin ərazidəki məktəblərin fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılsa da rəsmi Tehran bu məlumatı yalanlayıb. İran Təhsil Nazirliyi tətil xəbərlərini informasiya dələduzluğu kimi qiymətləndirib. (News24.az)
Demokrat.az


