Sağlamlıq

Restoranda rüsvayçı mənzərə: Yeməyi paltaryuyanda yuyurlar — VİDEO

Restoranda rüsvayçı mənzərə: Yeməyi paltaryuyanda yuyurlar — VİDEO

Sosial şəbəkələrdə yayılan və böyük səs-küyə səbəb olan görüntülər qida təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub. Paylaşılan kadrlarda kafe və restoranlarda təqdim edilən qarın (işkəmbə) xörəklərinin hazırlanma prosesi əks olunub. İddialara görə, heyvanın daxili orqanları sənaye tipli paltaryuyan maşınlarda, yüksək temperaturda və əhəng qatılaraq təmizlənir.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, Türkiyədə çəkilən görüntülər qısa müddətdə geniş müzakirə obyektinə çevrilib. İzləyicilərin əksəriyyəti bu üsulun gigiyenik normaları kobud şəkildə pozduğunu bildirərək vəziyyəti kəskin tənqid ediblər. Bəzi şəxslər isə sənaye avadanlıqlarının qida sektorunda istifadəsinin mümkünlüyünü qeyd etsələr də, bunun xüsusi standartlara və sanitariya qaydalarına uyğun gəlməsinin vacibliyini vurğulayıblar.

Hələlik rəsmi qurumlar məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər. Qida təhlükəsizliyi məsələsi sosial mediada gündəmin əsas mövzusu olaraq qalır. Qeyd edək ki, qarın təmizlənməsi prosesi xüsusi sanitariya rejimi altında aparılmalıdır. Görüntülərin konkret hansı müəssisədə çəkildiyi və iddiaların nə dərəcədə real olduğu hələlik dəqiqləşməyib.

Demokrat.az

NE
Nihadə Eyyubova