Dünya

İndi də bu ərazilərdə əməliyyatlara başlayır

İndi də bu ərazilərdə əməliyyatlara başlayır

ABŞ-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yeni mərhələ başlayır. Prezident Donald Tramp bəyan edib ki, narkotik qaçaqmalçılığına qarşı dənizdə aparılan uğurlu əməliyyatlardan sonra əsas diqqət artıq quru əməliyyatlarına yönəldiləcək. Onun sözlərinə görə gəmilərə qarşı görülən qətiyyətli tədbirlər nəticəsində qanunsuz daşımaların həcmi xeyli dərəcədə azalıb.

Demokrat.az xəbər verir ki, Ağ Ev rəhbəri əməliyyatların ardıcıllığının strateji xarakter daşıdığını vurğulayıb. O qeyd edib ki, əvvəlcə dəniz yollarının kəsilməsi vacib idi, çünki quruda sıxışdırılan kartel üzvləri dərhal gəmilər vasitəsilə qaçmağa çalışırdılar. İndi isə dənizdə hərəkət imkanları məhdudlaşdırıldığı üçün quruda zərbə endirmək üçün əlverişli şərait yaranıb.

Xatırladaq ki, indiyə qədər Karib dənizi və Sakit okean hövzəsində həyata keçirilən genişmiqyaslı reydlər zamanı narkotik qaçaqmalçılığında şübhəli bilinən 130-dan çox şəxs zərərsizləşdirilib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova