İran prezidenti Həsən Ruhani general Qasım Süleymaninin ailəsinə baş çəkib.
Demokrat.az xarici KİV-ə istinadla bildirir ki, mərhumun ailəsinə başsağlığı verən dövlət başçısı, generalın qisasının alınacağını deyib.
Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani vəİranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.


