Dünya

Tramp 2028-ci il seçkiləri üçün potensial varislərini açıqladı

Tramp 2028-ci il seçkiləri üçün potensial varislərini açıqladı

Donald Tramp özündən sonra ABŞ-ın idarəçiliyini və "MAGA" (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının liderliyini kimə həvalə edəcəyinə dair müzakirələrə son qoyub.

Demokrat.Az saytı xəbər verir ki, ABŞ Prezidenti son müsahibəsində 2028-ci il seçkiləri üçün öz potensial varislərinin adlarını açıqlayıb. O, xüsusilə vitse-prezident JD Vansı və hazırkı Dövlət Katibi Marko Rubionu Respublikaçılar Partiyasının gələcək simaları kimi təqdim edib.

Trampın bu açıqlaması ABŞ siyasi dairələrində böyük rezonans doğurub. O, öz siyasi kursunun davamlılığını təmin etmək üçün artıq indidən "vəliəhd" komandasını formalaşdırdığını büruzə verir. Xüsusilə JD Vansın həm yaşının gəncliyi, həm də Trampın ideologiyasına sadiqliyi onu bu siyahıda bir nömrəli namizədə çevirir.

ABŞ-ın rəhbəri bu barədə danışarkən sitatları olduğu kimi təqdim edirik:

"Mən JD Vansı seçəndə onun sadəcə yaxşı bir vitse-prezident olacağını yox, həm də bu hərəkatın gələcək lideri olacağını bilirdim. O, inanılmaz bir intellektə və döyüş ruhuna sahibdir. 2028-ci ildə məşəli kimin daşıyacağını soruşursunuzsa, JD tam olaraq həmin adamdır."

Tramp həmçinin komandasındakı digər güclü fiqurlara da işarə edərək bildirib:

"Marko Rubio da həmçinin fenomenal işlər görür. Partiyamızın daxilində çox güclü bir gənc nəsil formalaşır. Biz elə bir miras qoyuruq ki, məndən sonra da Amerika birinci yerdə olmağa davam edəcək. Mən üçüncüdəfə namizəd olmayacağam, çünki bu gənclərin ölkəni daha irəli aparacağına inanıram."

NE
Nihadə Eyyubova