Dünya Özəl

Tramp Makronla yazışmasının "screenshot"unu paylaşdı — FOTO

Tramp Makronla yazışmasının screenshotunu paylaşdı — FOTO

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla aralarında gedən şəxsi yazışmanın bir hissəsini sosial şəbəkədə paylaşıb.

Demokrat.az xəbər verir ki, Tramp paylaşımı özünün “Truth Social” platformasındakı hesabında edib və Makronun ona göndərdiyi mesajın ekran görüntüsünü ictimaiyyətə açıqlayıb.

Yazışmada Emmanuel Makronun Trampa “dostum” müraciəti etdiyi, bəzi beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd etdiyi görünür. Makron mesajında xüsusilə Qrenlandiya məsələsinə toxunaraq, Trampın bu istiqamətdə atdığı addımları tam anlamadığını yazıb.

“Dostum,Suriya məsələsində tamamilə eyni mövqedəyik. İranla bağlı da çox yaxşı işlər görə bilərik. Qrenlandiya ilə bağlı nə etdiyini isə başa düşmürəm.

Bundan əlavə, Fransa prezidenti Davos İqtisadi Forumundan sonra Parisdə G7 formatında görüş keçirməyi təklif edib və Trampla nahar etmək istədiyini də bildirib. Paylaşılan görüntüdə Donald Trampın Makrona verdiyi cavablar yer almayıb.

Tramp Makronla yazışmasının screenshotunu paylaşdı — FOTO

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova