Sabah BMT Təhlükəsizlik Şurasının Venesuela ilə bağlı fövqəladə iclası keçiriləcək.
Demokrat.az-ın xəbərinə görə, bu barədə “Sinxua” BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin BMT-dəki daimi nümayəndəliyinə istinadən məlumat yayıb.
İclas yanvarın 5-də saat 15.00-da keçiriləcək. (Modern)


