Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan VilyamŞekspirin “Romeo və Cülyetta”əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Tədbirdə HeydərƏliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri LeylaƏliyeva və AlyonaƏliyeva iştirak ediblər.
Səhnə əsəriÖlüm və Həyat obrazlarının timsalında bu iki anlayışınəbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.
“Romeo və Cülyetta”da obrazları Əməkdar artistlər BəhruzƏhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.
Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.
Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqətçəkib.
Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.












