Mədəniyyət

"Ən böyük qorxum həyatdan "Şurik" kimi getməkdir"

Ən böyük qorxum həyatdan Şurik kimi getməkdir

"Ən qorxduğum şey həyatdan "Şurik" kimi getməkdir. Bir rolun qurbanı olmaq".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir "Efirdən kənar" verilişində deyib. O, bir aktyor kimi qorxusundan söz açıb:

"Bu, çox acınacaqlı və kədərli bir haldır. Psixologiyamın güclü olduğunu düşünürəm. Amma belə bir şey olarsa, qorxuram ki, buna dözə bilmərəm.

Məni "Əqrəb mövsümü" serialı ilətanıyıb seviblər. İnşallah, bu, ənənə olaraq davam edəcək. Çox istərdim ki, bu ekran işi Azərbaycanın "Ceyms Bond"u", "Qeyri-mümkünmissiya"sı kimi bir franşizaya çevrilsin".

NE
Nihadə Eyyubova