Dünya

KTMT-nin yeni baş katibi o seçildi

KTMT-nin yeni baş katibi o seçildi

Qırğızıstanlı Taalatbek Masadıkov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi seçilib.

Demokrrat.az xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında KTMT-nin hazırkı baş katibi İmanqali Tasmaqambetov açıqlayıb.

O, 2026-cı il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, 64 yaşlı T.Masadıkov beynəlxalq münasibətlər sahəsi üzrə ekspertdir və 2024-cü ilin yanvarında KTMT baş katibinin müavini təyin edilib.

NE
Nihadə Eyyubova