Gündəm Özəl

“Tədris olunmayan fəndən imtahan qəbuledilməzdir”

“Tədris olunmayan fəndən imtahan qəbuledilməzdir”

“Təhsil sistemində varislik və davamlı inkişaf qorunmalıdır”

Bunu təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, orta məktəblərdə məntiq dərslərinin keçirilmir:

“Ali məktəblərdə isə mövcud məntiq kurslarının magistr qəbul proqramına uyğun olmaması məntiqsizdir. Hazırkı abituriyent və magistr qəbul qaydalarında bir çox boşluqlar və anlaşılmazlıqlar mövcuddur. Magistrlərin məntiq fənnindən imtahan verməsi də bu uyğunsuzluqlardan biridir. Tələbənin bütün təhsil həyatı boyunca ona tədris olunmayan bir fəndən imtahana cəlb edilməsi absurddur və qəbuledilməzdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova