“Türkiyə təyyarəsinin vurulma ehtimalı çox zəifdir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, təyyarənin vurula biləcəyini düşünmür:
“Bu daha çox texniki məsələ ilə bağlı ola bilər. Ona görə bu qəzanı hansısa kənar müdaxilə ilə əlaqələndirməyi doğru hesab etmirəm. Hesab edirəm ki, media da bu məsələdə çox həssas olmalıdır, yayılan məlumatlara həssaslıqla yanaşmalıdırlar. Hazırda aidiyyəti strukturlar bu istiqamətdə addımlar atır və bu barədə cəmiyyətə ən qısa zamanda məlumat veriləcək”.
Cavidan Mirzəzadə Demokrat.az


