Dünya

Pakistan və Əfqanıstan tərəfi İstanbulda sülhü müzakirə edəcək

Pakistan və Əfqanıstan tərəfi İstanbulda sülhü müzakirə edəcək

Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlarda Əfqanıstan və Pakistan atəşkəs rejimini qoruyub saxlamağa razılaşıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə XİN əldə olunan atəşkəsin möhkəmləndirilməsi üçün 4 ölkənin iştirakı ilə oktyabrın 18-19-da Dohada, 25-30-da isə İstanbulda görüşlərin keçirildiyi bildirilib.

Bəyanatda həmçinin tərəflərin atəşkəs rejiminin saxlanması ilə bağlı razılığa gəldiyi və onun həyata keçirilməsi ilə bağlı əlavə prinsiplərin noyabrın 6-da İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə müzakirə ediləcəyi bildirilib.

NE
Nihadə Eyyubova