Dünya

Tramp Zelenski ilə görüşəcək — Tarix AÇIQLANDI

Tramp Zelenski ilə görüşəcək — Tarix AÇIQLANDI

ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bizim.Mediaxəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavit bildirib .

O qeyd edib ki, Tramp Rusiya lideri Vladimir Putinin Yeni START (DSNV) müqaviləsi çərçivəsində bir il müddətinə məhdudiyyətlərə riayət etmək təklifi barədə məlumatlıdır və bu məsələ ilə bağlı şəxsən şərh verməyi planlaşdırır.

Ağ Ev rəhbəri həmçinin sabah Argentina və Qətər rəhbərliyi ilə də görüşəcək.

NE
Nihadə Eyyubova