Dünya

Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş başa çatıb

Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş başa çatıb

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda görüş baş tutub.

Oxu.AzAğ Evdən aparılan canlı yayıma istinadən xəbər verir ki, söhbət zamanı Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş gördüyünü bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşü xatırladıb və qeyd edib ki, indi vəziyyətin həlli üçün əla fürsət var.

Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Jey Di Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak ediblər.

NE
Nihadə Eyyubova