Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

İDMAN 05 dek 2019, 16:43

Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq


UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.


Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. 


Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.


C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:

Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq


Qeyd edək ki, UEFA Millətlər Liqasının  püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.

 

Oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top