Serbiya millisinin baş məşqçisi istefa verdi

İDMAN 12 oktyabr 2025, 13:54
Draqan Stoykoviç futbol üzrə Serbiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, Stoykoviç 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Albaniya millisini qəbul edən Serbiya yığmasının 0:1 hesabı ilə uduzmasından sonra bu qərara gəlib.

Serbiya millisi beş oyundan sonra yeddi xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

60 yaşlı mütəxəssis yığmaya 2021-ci ildən başçılıq edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top