"Sülh Sammiti"nə kimlər qatılacaq?

DÜNYA 12 oktyabr 2025, 14:30
Xəbər verdiyimiz kimi, Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.

 Modern.az “The Guardian”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdül Fəth əs-Sisi bir sıra dünya liderlərinin qatıldığı “Sülh Sammiti”nə sədrlik edəcəklər.

 BMT-nin baş katibi Antonio Quterreş, Britaniyanın baş naziri Keir Starmer, İtaliya baş naziri Corcia Meloni, İspaniya baş naziri Pedro Sançes, Fransa prezidenti Emmanuel Makron da sammitə qatılacaq. 

 İsrail baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyxdə olub-olmayacağı ilə bağlı heç bir məlumat verilmir. HƏMAS iştirak etməyəcəyini bildirib.

 Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top