İdman

Millimizin futbolçusu İngiltərə klubunun transfer hədəfində!

Millimizin futbolçusu İngiltərə klubunun transfer hədəfində!

İngiltərənin "Sanderlend" klubu yığma komandamızın və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadəyə "elçi" düşüb.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş, hazırda I liqada (League One) mübarizə aparan klubun millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib. Xəbərdə həmçinin Bakı klubunun "Sanderlend"dən böyük rəqəm tələb etməyəcəyi də vurğulanıb. (Offsideplus.az)

D
demokrat.az