Gündəm

Şabrançayda daha bir nəfərin meyiti tapıldı

Şabrançayda daha bir nəfərin meyiti tapıldı

Şabrançayda daha bir nəfərin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, “Siyəzənneft”in əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.

Onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.

Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirənMəmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsininəməkdaşı imişlər.

NE
Nihadə Eyyubova