Dünya

Rusiya Dumasında “cənablar” müraciəti qadağan olunub — "Yoldaşlar" deyin!"

Rusiya Dumasında “cənablar” müraciəti qadağan olunub — Yoldaşlar deyin!

Rusiya Dövlət Dumasında müraciət forması kimi “yoldaşlar” sözününü işlədilməsi təklif edilib.

AzPostbildirir ki, bu təkliflə Dumanın sədri Volodin çıxış edib.

Volodin deyib ki, deputatlar bir-birlərinə “cənablar” deyil, “yoldaşlar” və ya “həmkarlar” kimi müraciət etsinlər. “Burada cənablar var? Hamı yoldaşlardır,”-deyə Volodin deputatlara müraciətində vurğulayıb.

“Biz hamımız Rusiyada bir az kommunistik”, – “Yeni Adamlar” fraksiyasının lideri Aleksey Neçayev cavab verib.

NE
Nihadə Eyyubova