Almaniyanınkeçmiş kansleriAngelaMerkelkoronavirusun mənşəyi ilə bağlı məlumatları gizlətmək ittihamlarını rədd edib.
Demokrat.az xəbər verir ki, bu keçmiş kanslerin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, Merkelin dövründə hökumətin işi ilə bağlı məlumatları ehtiva edən rəsmi sənədlər onun kabinetində deyil, Federal Kansleriyada saxlanılır.
Bir gün əvvəl Süddeutsche ZeitungvəDie ZeitqəzetləriAlmaniyanın Federal Kəşfiyyat Xidmətinin 2020-ci ildə koronavirus pandemiyasının Wuhandakı "laboratoriya qəzası" nəticəsində yarandığını müəyyən etdiyini bildirdi.
Müəlliflər iddia ediblər ki, kəşfiyyat rəhbəriBruno Kahlbu barədə Merkelin ofisini şəxsən məlumatlandırıb, lakin o, məlumatı gizli saxlamaq qərarına gəlib.
Əfsanə Kamal Demokrat.az


