Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldülər — Cinayət işi AÇILDI

KRİMİNAL 12 noyabr 2019, 15:22

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb.


Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğu məlumat yayıb. 


Bildirilir ki, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər prokurorluğuna tapşırılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top