Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib

KRİMİNAL 27 oktyabr 2025, 12:45
Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onun tanışı Təranə Bağırova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

İttihama görə, təqsirləndirilən şəxslər Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevi Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəkləri vədi ilə aldadaraq 51 min manat pulunu ələ keçiriblər.

Məlumata görə, Təranə Bağırova daha əvvəl də başqa dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Eks-müavin Vəfa Allahverdiyeva isə hazırda həbsdə deyil - istintaq dövründə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top