Muxtar Babayev açıqladı: Xəzərdə su buna görə azalır — VİDEO

SOSİAL 27 oktyabr 2025, 14:01
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Xəzər dənizində dayazlaşmanın səbəbləri ilə bağlı araşdırmanın ilkin layihəsini Azərbaycana təqdim edib.

Demokrat.az xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev AzTV-də yayımlanan "Həftə" verilişində deyib.

Onun sözlərinə görə, UNEP-ə Xəzər dənizində dayazlaşmanın səbəblərinin araşdırılması ilə bağlı müraciət edilib:

"Bizə ilkin layihə təqdim edilib. Əsas səbəb çaylarda sululuğun azalması göstərildi. Burada digər amillər - istiləşmə, yağıntıların qeyri-bərabər paylanması var. Əsasən, dayazlaşmaya səbəb kimi çayların gətirdiyi suların azlığı göstərilir".

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi əlavə edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələrin aparılması üçün ölkələri, müxtəlif beynəlxalq təşkilatları açıq dialoqa çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top