Azərbaycanda müəllimlərin neçə faizi kişilərdir? — RƏSMİ CAVAB

SOSİAL 28 oktyabr 2025, 14:04
Azərbaycanda təhsil sistemində fəaliyyət göstərən müəllimlərin say tərkibi, sektorlar üzrə paylanması və demoqrafik göstəriciləri təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdəndir.

BAKU.WS-in məlumatına görə, müəllimlərin dövlət və özəl təhsil müəssisələri üzrə faizi, eləcə də onların cins, yaş və ixtisas bölgüsü təhsil siyasətinin planlaşdırılmasında mühüm rol oynayır.

Bu göstəricilər həm müəllim çatışmazlığının qarşısının alınması, həm də yeni nəsil pedaqoqların hazırlanması baxımından əhəmiyyət daşıyır.

Maraqlıdır, hazırda ölkədə müəllimlərin neçə faizi dövlət ümumtəhsil məktəblərində, neçə faizi isə özəl təhsil müəssisələrində çalışır?

Elm və Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda müəllimlərin təxminən 97%-i ETN tabeli və digər dövlət qurumlarının tabeliyində olmaqla dövlət müəssisələrində, qalanı isə özəl müəssisələrdə çalışır:

"Müəllimlərin 85%-i qadın, 15%-i kişidir. 2024-2025-ci ilin məlumatına əsasən ali təhsil müəssisələrində professor-müəllim heyəti isə 14 772 nəfər olub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top