Son günlər ölkə ərazisində sərçələr azalıb, qarğalar çoxalıb. Vətəndaşlar iddia edir ki, həşəratların yayılmasına səbəb sərçələrin azalmasıdır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ornitoloq Əbülfəz Tağıyevin sözlərinə görə, bunun müxtəlif səbəbləri var:
"Bakı şəhərində aparılan yenidənqurma işləri ilə bağlı olaraq xüsusilə damların örtüklərinin, binaların fasadlarının dəyişdirilməsi sərçələrə həm çoxalmaq üçün, həm də yem tapmaması üçün azalma müşahidə olunur. Həmçinin şəhərdə qarğaların, sahibsiz pişiklərin artması da onların azalmasına təsir edir.
Ornitoloq qeyd edir ki, sərçələr adətən taxıl, bitkilərlə qidalanırlar. Amma onların azalması cücülərin artımına da səbəb ola bilər. Qarğalar isə tullantı mənşəli qidalar qəbul edirlər və daha çox göz önündə olurlar deyə insanlara bu, qarğa sayında artım kimi gəlir".