“Hakimiyyətyönlü saytlarda Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi məqsədiylə Moskvaya göndərdiyi iddia edilən məktubun surəti yayınlanıb”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər çıxış edib.
O, bildirib ki, məktubda dövlət idarəçiliyinin yeni modeli təklif olunur:
“Bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.
Açar cümlə budur:
“Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək”.
Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz. İndiki hakimiyyətin (əgər məktub saxtadırsa) və Ramiz Mehdiyevin (əgər məktub gerçəkdirsə) necə "seçki" keçirdiyi hamıya və hər kəsə bəllidir”.