Avropada qazın birja qiymətləri yazın ilk ticarət sessiyasında 4% artaraq min kubmetr üçün 500 dollara yaxınlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə LondonICEbirjasının məlumatında deyilir.
TTF indeksi üzrə aprel (ən yaxın) fyuçersləri martın 3-də hər min kubmetr üçün 504,3 dollar səviyyəsində ticarətə başlayıb. Daha sonra onların qiyməti bir qədər azalaraq 497 dollara düşüb.
Britaniyanın “The Guardian” qəzetiyazıbki, 2024-cü ildə Avropa Ukraynanıdəstəkləməkdənsə, Rusiyanın enerji resurslarının alınmasına daha çox pul xərcləyib.
Macarıstan hökumətinin başçısıViktor Orbanbəyan edibki, enerji daşıyıcılarının yüksək qiymətləri Avropa iqtisadiyyatını məhv edə bilər.
Onun fikrincə, Ukrayna münaqişəsinin mümkün həlli vəziyyəti yaxşılaşdıra bilər. Lakin Orban Avropa İttifaqının hazırkliderlərininMacarıstaniqtisadiyyatına müsbət təsir göstərəcək idarəetmə qərarları qəbul edə biləcəyinəinanmır.
Əfsanə Kamal Demokrat.az


