BMT-ninbaş katibiAntonio QuterreşABŞ-ındəstəyinin azalması səbəbindən Ukraynanın bəzi bölgələrinə maliyyə yardımının dayandırıldığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədəTASSməlumat yayıb.
Onun sözlərinə görə, son 48 saat ərzində BMT-nin müxtəlif agentlikləri, humanitar təşkilatlar və QHT-lərdən Amerika dəstəyinin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat daxil olub. Təcili humanitar yardımdan tutmuş, müharibə və ya təbii fəlakətlərdən təsirlənən həssas qruplara kömək məqsədi daşıyan yenidənqurma layihələrinə qədər kritik proqramlar risk altındadır.
Quterreş vurğulayıb ki, 2024-cü ildə bir milyon insan üçün həyati əhəmiyyətkəsbedən nağd yardımın verilməsi dayandırılıb. BMT-nin baş katibi Amerika dəstəyinin azalmasının nəticələrini dünyanın ən həssas insanları üçün fəlakətli adlandırıb.
Əfsanə Kamal Demokrat.az


