Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,8 maqnitudalı zəlzələ olub.

Demokrat.azxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 02.44-də baş verən zəlzələnin ocağı Bingölün Yedisu rayonunda, 12 719 metr dərinlikdə yerləşib.

Bingöl valisi Ahmet Hamdi Usta indiyə qədər dağıntı və tələfat barədə məlumat daxil olmadığını bildirib.

D
demokrat.az