Böyük Britaniyanın Kent qraflığının Meydston şəhərində kimyəvi maddə sızıntısı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, azı 57 nəfər zərər çəkib. Xəsarət alanlar nəfəs almaqda çətinlik problemi ilə xəstəxanalara yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilir.


