Avstraliya polisi hücumlardan sonra yəhudi məktəblərinə nəzarət edəcək.
Demokrat.az xəbər verir ki, bu barədənews.com.auməlumat yayıb.
Avstraliyanın Yeni Cənubi Uels əyalətində polis yəhudi icmasına qarşı hücumların artması fonunda yəhudi məktəbləri və ibadət yerlərində patrul etməyə başlayacaq.
Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları şagirdləri və müəllimləri gələcəkdə mümkün antisemit hücumlardan qorumaq üçün məktəbləri nəzarət altına alacaq.
Nəşr vurğulayır ki, polis uşaqların dərsə gəlişi və məktəbdən çıxdığı saatlarda təhsil müəssisələri ətrafında nəzarəti gücləndirəcək. Yəhudilərin ibadət yerlərində patrulların artırılması da planlaşdırılır.
Bir gün əvvəlSidneydəbiri yəhudi məktəbinin yanında yerləşən üç fərqli yerdə təhqiredici məzmunlu qraffiti aşkar edilib.
Əfsanə Kamal Demokrat.az


