"Bir az əvvəl Milli Onkologiyanın kimyaterapiya şöbəsinin müdiri ilə danışdım. Onun sözlərinə istinadən bildirirəm ki, mərhum aktrisa Çimnaz xanım 2022-ci ilin əvvəlində həkimin yanına əzələ toxuması diaqnozu ilə gəlib. Həkim tövsiyyə edib ki, kimyaterapiya lazımdır. Deyəsən, oraya əməliyyat olduqdan sonra gedibmiş. Çimnaz isə razı olmayıb".
Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videoda deyib. O, xərçəngdən vəfat edən mərhum aktrisa Çimnaz Sultanovanın 3 dəfə kimyaterapiya qəbul etdiyini bildirib:
"2022-ci ilin sonlarında yenidən Milli Onkologiyaya gəlib və görüblər ki, şiş qarın boşluğuna metastaz verib. Həkimizah edib ki, kimyaterapiya almalısan, yoxsa yaxşı olmayacaqsan. Yenə də razılaşmayıb. İmtina etməsinin səbəbi isə saç və qaşlarının tökülməsini istəməməsiolub. O da gözəlliyinə aşiq olduğu üçün istəməyib.
2023-cü ilin dekabrında üçüncü dəfə qaraciyər metastazı ilə yenidən həkimə müraciət edib. Bu müddət ərzində isə onun əməliyyatlarını başqa klinika edib. Heç birinə Milli Onkologiya qarışmayıb. Ona tövsiyyə ediblər ki, əməliyyatdan sonra kimyaterapiya etdir. Üçüncü dəfə isə ard-arda 3 kurskimyaterapiya alıb. Həftə ilə xəstəxanada qalıbmış və ona yaxşı qulluq edilib. Sonuncu dəfə kimyaterapiya aldıqdan sonra görüb ki, saçı,qaşlarıtökülür vəo gedən gedib. Bir il bir ay ərzində onu xəstəxanada görən olmayıb".
Nazilə Səfərli həmçinin həkimin sözlərinəistinadən qeyd edib ki, Çimnaz Sultanova kimyaterapiyanı düzgün qəbul etsəydi, daha 1-2 il yaşaya bilərmiş.


